Buna görə “İnstaqram” məhkəməyə verildi
İran polisi Qasım Süleymaninin şəkillərini sildiyi üçün “İnstaqramı” məhkəməyə verib.
Tacxeber.com xəbər verir ki, “Əli Ədaləti” adlı iranlı haker qrupu İranın FƏTA (Kiberməkana Nəzarət) Polisinin “İnstaqramı” məhkəməyə verməsini sübut edən sənədləri üzə çıxarıb.
Məlumata görə, FƏTA Polisi SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymani ilə bağlı başsağlığı mesajları və ölümü ilə əlaqəli yazıların, o cümlədən şəkillərin 2020-ci ildə silinməsinə görə “İnstaqram” platformasını məhkəməyə şikayət edib.