• 25 Noyabr 2024 17:41

Trampdan vəd – Prezident seçilsə…

 

 

ABŞ-ın eks-prezidenti, 2024-cü il seçkisinin favoriti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ tarixində ən böyük miqrant deportasiyasına başlayacağını bildirib.

 

Resspublikaçı namizəd bunu dünən Vaşinqtonda keçirilən illik “Mühafizəkar siyasi fəaliyyət” konfransında (CPAC) bildirib. Tramp deyib: “Bu, ölkəmizin tarixində ən böyük deportasiya olacaq. Və bizim başqa seçimimiz yoxdur”.

 

Qeyd edək ki, qanunsuz miqrant axını hazırda ABŞ-ın ən böyük problemlərindən biridir. Amerikalılar bu durumdan çox narazıdırlar. Hər gün Meksika ilə sərhəddən 5-8 min arası qanunsuz miqrant ABŞ ərazisinə daxil olur. Onların arasında meksikalılar, venesuelalılar, kolimbiyalılar, eləcə də Cənubi Amerikanın digər ölkələrinin vətəndaşları var.

 

Tacxeber.com

Oxşar xəbərlər