• 23 Sentyabr 2024 15:15

Roqozin Ostini meymuna bənzətdi – Foto

“Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin ABŞ müdafiə naziri Lloyd Ostini meymuna bənzədib.

 

Tacxeber.com xəbər verir ki, Roqozin X səhifəsində birində qorilla ilə birlikdə şəkil çəkdirən piqmeylərin, digərində isə Ostin, Ukrayna Prezidenti Vladimir Zelenski və müdafiə naziri Rüstəm Umerovun yer aldığı iki foto paylaşıb.

 

“ABŞ müdafiə naziri Lloyd Ostin xəstəliyinə qədər piqmeylərlə şəkil çəkdirməyi çox sevirdi”.

 

Daha sonra Vkontakte səhifəsində Roqozin yazıb ki, ABŞ müdafiə nazirini piqmeylərə bənzətməyib:

“Bəzi beynəlmiləlçi vətəndaşlar mənim ABŞ-ın müdafiə nazirini niyə meymun adlandırdığımdan çox üzüldülər. Belə ki, heç bir şübhə olmasın. Ostin, Bayden, Şolts və Rusiyanın digər düşmənləri çirkli quldur meymunlardır. Hərbi canilərdir”.

Tacxeber.com

Oxşar xəbərlər