Azərbaycanda rəsmi orta aylıq əmək haqqının 800 manatdan yüksək olduğu cəmi 6 rayon və şəhər var.
01.01.2024-cü il tarixinə Azərbaycanda rəsmi orta aylıq əmək haqqının (gross) 800 manatdan yüksək olduğu cəmi 6 rayon və şəhər var.
1. Bakı – 1183
2. Daşkəsən – 940
3. Şuşa – 851
4. Sumqayıt – 830
5. Gədəbəy – 811
6. Zəngilan – 809
Daşkəsən və Gədəbəydə nəticələrin yüksək olması qiymətli metalların hasilatı ilə bağlı müəssisələrin olmasına görədir. Şuşa və Zəngilanda isə prezidentin səlahiyyətli nümayəndəliyi fəaliyyət göstərir.
Yəni, görünən odur ki, hansısa rayonda 1 müəssisə və ya qurumun fəaliyyət göstərməsi belə həmin rayonun orta aylıq maaş göstəricisinin digərlərinə nəzərən yüksək olmasına bəs edir.