• 25 Noyabr 2024 01:30

İmran Xana yeni ittiham irəli sürüldü

Pakistanın keçmiş baş naziri İmran Xan və xanımı Buşra Bibi hökumət başçısı vəzifəsində çalışarkən rüşvət olaraq torpaq almaqda ittiham olunublar.

 

Tacxeber.com Reuters-ə istinadla xəbər verir ki, ittiham 2018-ci ildə “Al-Qadir Trust” xeyriyyə təşkilatının yaradılması ilə bağlıdır. Müstəntiqlərin fikrincə, bu QHT inşaat şirkətindən rüşvət kimi torpaq almaq üçün örtük olub.

 

71 yaşlı siyasətçi başqa cinayətlər törətməkdə şübhəli bilinərək 2023-cü ilin avqustundan həbsdədir. Bundan əvvəl Pakistan məhkəməsi İmran Xan və Buşra Bibi korrupsiya və xarici hədiyyələrə görə 14 il həbs cəzasına məhkum etmişdi.

 

Keçmiş baş nazir və keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi də dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə xüsusi məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum ediliblər.

 

Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb.

Tacxeber.com

Oxşar xəbərlər