Putinin iştahı güclüdür: Ukraynadan sonra bu ölkələrdir!
Rusiya lideri Vladimir Putinin ambisiyaları nəhəngdir. Təkcə Baltikyanı ölkələri deyil, Gürcüstanı, Moldovanı da əhatə edir.
Tacxeber.com xəbər verir ki, bu barədə NATO-nun Avropadakı qoşunlarının keçmiş baş komandanı Uesli Klark deyib.
O bildirib ki, Moskva çoxdan digər ölkələrin ərazilərinə iştahını nümayiş etdirir:
“Moldova, yaxud Baltikyanı ölkələr – Estoniya, Latviya, Litva. Ya da Polşa, Gürcüstan… Moskva rusların əcnəbi torpaqları zəbt etmək üçün köhnə, bir neçə əsrlik iştahını nümayiş etdirir”, – Klark bildirib.
General vurğulayıb ki, Rusiya hazırda imkanların onun tərəfində olduğuna əmindir.