• 24 Noyabr 2024 12:54

“Qərb qoşunlarının Ukraynaya göndərilməsi istisna deyil” – Makron

 

 

“Parisdə keçirilən konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə edilib, lakin orada iştirak edənlər bu mövzuda konsensus əldə etməyiblər”.

 

Bu barədə Fransa Prezidenti Emmanuel Makron görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

 

“Hər şey azad və birbaşa şəkildə müzakirə olundu. Quru qoşunlarının rəsmi yerləşdirilməsi ilə bağlı konsensus yoxdur, lakin zaman keçdikcə heç nəyi istisna etmək olmaz”, – Fransa lideri bildirib.

 

Makron iddia edib ki, Qərb ölkələri Rusiyanın münaqişədə üstünlüyü əldə edə bilməməsi üçün lazım olan hər şeyi etməkdə qərarlıdır.

 

“Məqsədimizə çatmaq üçün faydalı olarsa, hər şey mümkündür”, – Fransa Prezidenti deyib.

 

Qeyd edək ki, Yelisey sarayındakı görüş fevralın 26-da Parisdə baş tutub. Konfransda Almaniya kansleri Olaf Şolts, Polşa prezidenti Andjey Duda və 20-yə yaxın Aİ ölkəsinin baş nazirləri iştirak ediblər. İclasda ABŞ-ni dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen, Böyük Britaniyanı isə xarici işlər naziri Devid Kemeron təmsil edib.

 

Tacxeber.com

Oxşar xəbərlər