Qarabağla Ukraynanı müqayisə etmək olmaz – Almaniya
Təbii ki, insan haqları bütün hallarda bərabərdir, lakin beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycan ərazisidir və Rusiyanın Ukraynanın suveren ərazisində başlatdığı təcavüzkar müharibə ilə heç bir şəkildə müqayisə edilə bilməz.
Tacxeber.com xəbər verir ki, bunu Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri Elizabet Vinkelmeyer-Bekker Almaniyanın Qarabağ sakinlərinin “məcburi köçkünləri” ilə bağlı işə baxılması üçün BCM-ə müraciət etmək təşəbbüsü ilə çıxış edib-etməyəcəyi sualını cavablandırarkən deyib.