• 24 Noyabr 2024 13:05

Trampın böyük oğlu içində şübhəli toz olan məktub aldı – KİV

ABŞ-nin keçmiş prezidenti Donald Trampın böyük oğlu Donald Con Tramp poçtla içində naməlum toz olan zərf alıb.


Tacxeber.com
xəbər verir ki, bu barədə bazar ertəsi Amerikanın “The Daily Beast” nəşri siyasətçinin nümayəndəsinə istinadən məlumat yayıb.

D. C. Trampın sözçüsü bildirib ki, ekspertlər məktubda dəqiq nə olduğunu hələ müəyyən etməyiblər, lakin onlar tozun “ölümcül” olmadığını bildiriblər.

Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, siyasətçi məktubu Floridadakı evində açıb və məktubun içindəki ağ toz otağa səpələnib.

 

Həmçinin Trampın evinin yaxınlığında yanğınsöndürən maşınlar və qoruyucu geyimli insanlar görünüb.

Qeyd edək ki, 2016-cı ilin martında Trampın ortancıl oğlu Erik Trampa da içində ağ toz olan məktub gəlib. Ancaq analizlər sonradan tozun zərərsiz olduğunu göstərib. Digər tərəfdən, belə məktublar poçt vasitəsilə 2016-cı il seçki kampaniyası zamanı Donald Trampın iqamətgahı kimi fəaliyyət göstərən “Trump Tower”ə də göndərilib.

Tacxeber.com

Oxşar xəbərlər