“Vasif Talıbov xəstədir, evə qapanıb” – Şok açıqlama
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovdan uzun müddətdir ki, xəbər yoxdur. Naxçıvanın keçmiş rəhbərinin hazırki vəziyyəti ilə bağlı nə mətbuatda, nə də cəmiyyətdə konkret məlumatlar öz əksini tapır.
Buna səbəb nədir? Vasif Talıbov nədən “qeybə” çəkilib?
Musavat.com xəbər verir ki, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz Vasif Talıbovun hazırki vəziyyəti ilə bağlı Yenisabah.az-a danışıb. Jurnalist bildirib ki, Vasif Talıbov müxtəlif xəstəliklərdən əziyyət çəkir:
“Vasif Talıbov hakimiyyətdə olduğu dövrdən xəstə idi. Onun xəstəliyinin ölümcül səviyyədə olduğunu zənn etmirəm. Sadəcə, evinə qapanıb, çünki faktiki olaraq ev dustağına çevrilib. Naxçıvanı tərk etməməsi üçün ona evindən çıxmamaq tapşırılıb. Amma məndə olan məlumata görə hətta vəzifədə olduğu dövrdə, 2016-2017-ci illərdə Almaniyaya əməliyyat üçün gedib və orada ona əməliyyat olunarsa həyati təhlükə yarana biləcəyi deyilib. Digər tərəfdən Vasif Talıbovun çox ağır şəkər xəstəliyi də var”.
Ancaq Heydər Oğuz Vasif Talıbovun evinə qapanmasının səbəbinin xəstəliklərlə bağlı olmadığını qeyd edib: