• 24 Noyabr 2024 02:19

Abşeron məktəblərində şantaj, anarxiya, tayfabazlıq… – Abdullayevadan faktlar

Abşeron rayon məktəblərində rüsvayçılıqlar baş verməkdədir. Ötən gün məlumat vermişdik ki, onlardan biri rayonun 9 saylı tam orta məktəbində yaşanıb. Bu haqda vətəndaşlardan biri sosial mediada audio yazı yaymışdı. Həmin səsdə yuxarı sinif şagirdlərindən biri məktəbli qızı təhdid edir. Onu hədələyir ki, çılpaq fotolarını yayacaq.

 

Sosial şəbəkədə həmin səsi yayan şəxs dövlət orqanlarına çağırış edir ki, Abşeron məktəblərində baş verən rəzilliklər barəsində ölçü götürülsün. Onun sözlərinə görə, məktəblərdə qruplaşmalar yaradılıb və şagirdlər şəbəkələşərək bir-birini votsap üzərindən biabır etməklə hədə-qorxu gəlirlər.

 

Bu da göstərir ki, Abşeron təhsilində nizam-intizam yoxdur, tədris sıfırdır, şagirdlərə nəzarət edilmir, direktorların və Abşeron-Xızı Regional Təhsil idarəsi rəhbərinin başı ayrı işlərə qarışıb. Hətta təhsil şefinin qadın salonu açdığı iddiaları var. Ona görə də başı biznesdən açılmır və məktəblərdə vəziyyətlə maraqlanmır.

 

Qeyd edək ki, bu günlərcə paytaxtın 156 saylı məktəbinin şagirdinə qarşı təhqiramiz hərəkətlərə yol verilmişdi və videosu yayılmışdı. İndisə Abşeronun 9 saylı məktəbində şagirdlərdən biri çılpaq fotolar yayacağı ilə həmcinsini təhdid edir. Bu da ciddi bir həyəcan təbili çalınmasını qaçılmaz edir.

 

Media üzərindən araşdırmamız ümumən Abşeron təhsilində anarxiya hökm sürür. Regional Təhsil İdarəsinin müdiri İlhamə Quliyevadır. O, 2022-ci ildə bu vəzifəyə təyin olunub. Lakin nə ondan əvvəlki rəhbər təhsilin keyfiyyətində, intizamda, rüşvət yığımında problemləri həll edib, nə İlhamə Abdullayeva özü… Son iki il ərzində vəziyyət olduğundan da pisdir.

 

Bunun nəticəsidir ki, şagirdlər artıq şantajçı kimi yetişir. Fakt budur ki, bir məktəbli qız digərini lüt şəkillərini yayacağı ilə şantaj edir. Bu cür təhdid hallarının artması son dərəcə qorxuncdur. Abşeron məktəblərində nə baş verir ki, bu hallar yaşanır?! Görünür, İlhamə Abdullayeva tam başını buraxıb hər şeyin və işi biznes, gözəllik salonu, direktorlardan pul yığmaqdır.

 

Bir müddət əvvəl istefada olan zabit Rzayev Vidadi Əsədulla oğlu Abşeron-Xızı Regional Təhsil İdarəsinin tayfabazlıq prinsipi ilə idarə olunmasından, ciddi korrupsiya faktlarından bəhs olununan yazı ilə çıxış etmişdi. Həmin materiallardan görünürdü ki, Abdullayeva Abşeron təhsilini hansı günə qoyub.

 

Misal üçün Abşeron-Xızı Regional Təhsil idarəsin müdiri İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdəyişmə edib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edib.

 

Sevinc xanımın Nicat adlı oğlunu da İlhamə xanım “öz idarəsində” təsərrüfat müdiri, yəni Abşeron rayonu üzrə TİQ-in rəisi vəzifəsinə təyin etmişdir. Sual olunur, bütün bu təyinatlar verilərkən, Korrupsiya haqqında Qanunvericiliyin, Maraqların toqquşması haqqında Prinsiplərin Tələbləri kobud şəkildə pozulmayıbmı?

 

Abdullayevanın büdcə vəsaitlərini israf etməsi, həmkarlar birliyinin vəsaitlərini isə az qala şəxsi vəsaiti kimi, təyinatından kənar nəsnələrə sərf etməsi, onun bu əməllərindən əziyyət çəkən müəllim-işçi heyətinin də ciddi narazılığına səbəb olur.

 

Abşeron-Xızı şəhər Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayeva haqda yayılan məlumatlardan birində onun gözəllik salonu biznesinə girişməsidir. Xəbər yayılıb ki, regional təhsil idarəsinin rəhbəri Abşeron ərazisində gözəllik salonu işlədir. Bir sözlə, təhsili bazara çevirmək belə olur… Amma biz mediada yayılan bu xəbərlərə görə qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. (Anaxeber.info)

 

Tacxeber.com

Oxşar xəbərlər