Ermənistan Qarabağ ermənilərinin adı ilə Avropa İttifaqından 15 milyon avro da “diləndi”
Avropa İttifaqı Qarabağdan Ermənistana köçən ermənilər üçün rəsmi İrəvana əlavə 15 milyon avro ayıracağını açıqlayıb.
Bu barədə məlumatı Avropa Komissiyasının Genişlənmə və qonşuluq məsələləri üzrə baş direktorluğunun Şərq qonşuluğu və institusional inkişaf üzrə direktoru Adrien Kirali Ermənistan baş nazirinin müavinləri Tiqran Xaçatryan və Mger Qriqoryan ilə görüşdən sonra açıqlayıb.