• 25 Noyabr 2024 00:29

“Putin ərimə etdiklərinə görə cavab verəcək” – Yuliya Navalnayanın çıxışı ayaqüstə alqışlandı

Aleksey Navalnının dul xanımı Yuliya Navalnaya Avropa Parlamentini Rusiyadakı cinayətkar rejimlə ardıcıl mübarizəyə çağırıb.

 

Tacxeber.com xəbər verir ki,  Yuliya Navalnaya bu çağırışı Avropa Parlamentində bugünkü çıxışı zamanı səsləndirib.

 

Onun sözlərinə görə, on milyonlarla rus vətəndaşı Putinə qarşıdır və onlar təqibə məruz qalmamalıdırlar. Mübarizənin təkcə diplomatik metodlarla deyil, maliyyə araşdırmaları əsasında da aparılmalı olduğunu bildirən Navalnaya əlavə edib ki, Putin Rusiya, qonşu Ukrayna və ərinə qarşı törətdiklərinə görə cavab verməlidir:

 

“Ərim gələcəyin gözəl Rusiyasını heç vaxt görməyəcək. Amma biz bunu görməliyik. Mən onun arzusunu gerçəkləşdirmək üçün əlimdən gələni edəcəyəm ki, şər qüvvəsi çöksün və bu gözəl gələcək daha tez gəlsin”.

 

Avropa Parlamentinin deputatları onun çıxışını ayaqüstə alqışlayıblar.

Tacxeber.com

Oxşar xəbərlər