“Rusiyanı yormaq lazımdır” – Saakaşvili
“İki il müharibə. Bütün yorğunluğu və məyusluğu çox yaxşı başa düşürəm. Mən özüm də yorğunam və məyus oluram ki, həbsxanadayam, Ukraynama daha fəal kömək edə bilmirəm”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Ukrayinska Pravda” qəzetindəki köşə yazısında yazıb.
O bildirib ki, indi əsas məsələ səfərbərliyi düzgün təşkil etməkdir.
“Ukraynanın əsas keyfiyyət üstünlüyü onun insanlarıdır. Səfərbərlik isə elə aparılmalıdır ki, hər bir insan hiss etsin ki, onunla ədalətli davranırlar, nəsə olarsa, dövlət onun və ailəsinin qayğısına qalacaq. Avropanın ayıq və səfərbər olduğu indi göz qabağındadır və ABŞ mart ayında Ukraynaya yardıma səs verməyə məcbur olacaq”, – deyə Saakaşili bildirib.
O vurğulayıb ki, indi əsas olan insanlar və onların mənəviyyatıdır.