• 27 İyul 2024 07:36

Ərdoğan: “Fransa terrorun əsas dəstəkçisidir”

“Fransa terrorun əsas dəstəkçisidir”.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində keçirdiyi mitinqdə deyib.

 

O, Türkiyəni istədikləri kimi idarə etmək istəyən imperialist güclər olduğunu deyib, həm daxili, həm də xarici təhdidlərlə mübarizə apardıqlarını vurğulayıb.

 

“Bir tərəfdən görürsən, Fransanın məşhur “Lafarge” şirkəti Suriyada mağaralar tikib. Kimə? Terrorçulara. Təəssüf ki, Fransa terrorun əsas dəstəkçisi oldu. Biz isə bilirsiniz nə etdik? Şimali Suriyada “Lafarge”ın bütün sığınacaqlarını məhv etdik”, – deyə o, bildirib.

Tacxeber.com

Oxşar xəbərlər