• 24 Noyabr 2024 07:42

Nazarbayevin kiçik qızı quldurluqda ittiham edilib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva və Konstitusiya Şurasının keçmiş sədrinin həyat yoldaşı Valentina Roqova biznesi quldurcasına ələ keçirməkdə ittiham edilib.

 

Tacxeber.com Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu ittihamla yerli sahibkar Nurlan Bimurzin çıxış edib.

 

Onun sözlərinə görə, birinci prezidentin qızı 2003-cü ildə öz təsir gücündən istifadə edərək, yeddi neft barı və 96 yanacaqdoldurma məntəqəsindən ibarət 170 milyon dollar dəyərində əməliyyat biznesini ələ keçirib. Bununla da Bimurzinin ailə biznesi bağlanmaq təhlükəsi ilə üzləşib. Bir il sonra isə Aliyə Nazarbəyova tərəfindən atasına göstərilmiş təzyiq nəticəsində əllərində qalmış olan-qalan paylarını dövlət başçısının qızına ucuz satmağa məcbur ediliblər.

 

Bimurzin qeyd edib ki, o zaman bu qəsbi “himayə edən” Valentina Roqovanın əri İqor Roqov hazırda Prezident yanında insan hüquqları üzrə Komissiyanın sədri vəzifəsini tutur.

 

Zərərçəkmiş biznesmen hər iki xanım barədə cinayət işinin başlanması xahişi ilə Baş Prokurorluğa müraciət etdiyini vurğulayıb.

 

Qazaxıstanın Baş Prokurorluğu bu məsələni şərh etməyib.

Tacxeber.com

Oxşar xəbərlər