• 21 Sentyabr 2024 16:40

Politico: Şolts-Makron münasibətləri açıq düşmənçiliyə çevrilir

 

 

Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron arasında Ukraynaya yardımın göstərilməsi məsələsində ciddi fikir ayrılıqları yaranıb.

 

Bu barədə Amerikanın “Politico” qəzeti bildirib.

 

“Şolts və Makron arasında Ukraynaya hərbi yardımla bağlı fikir ayrılıqları açıq düşmənçiliyə çevrilir”, – deyə nəşr bildirb.

 

Qeyd olunur ki, Şolts və Makron xüsusilə silah tədarükü məsələsində konsensusa gələ bilmir. Belə ki, Paris SCALP qanadlı raketlərini Ukraynaya göndərməyi öhdəsinə götürsə də, Berlin “Taurus” raketlərini Kiyevə vermək istəmir.

 

Daha bir fikir ayrılığı Rusiya ilə sərhədə əsgər göndərilməsi məsələsi ilə bağlıdır. Belə ki, Şolts dəfələrlə NATO-nun Ukraynadakı münaqişənin tərəfinə çevrilməyəcəyini, alman qoşunlarının Ukraynaya göndərilməyəcəyini deyib. Fransa lideri isə Qərb əsgərlərinin Ukraynaya göndərilməsini mümkün sayır. Lakin onun bu fikri ciddi tənqid edilib.

 

Şolts həmçinin Almaniyanın Kiyevə Fransadan daha çox yardım etməsindən də narazıdır. Kildəki Dünya İqtisadiyyatı İnstitutunun (IfW) məlumatına görə, Almaniyanın xüsusi əməliyyatın bütün dövrü üçün yardımı 17,7 milyard avroya çatıb. Fransa cəmi 635 milyon avro ayırıb. (Bakupost)

 

Tacxeber.com

 

Oxşar xəbərlər