• 24 Noyabr 2024 22:04

Prokuror Nicata 6 il həbs istədi – Video

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Tacxeber.com Report-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

 

Prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porşe” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

Tacxeber.com

Oxşar xəbərlər