Putin kosmosda nüvə silahı yerləşdirmək iddiasını ölkəsinə qarşı “hiylə” adlandırıb
“Kosmosda nüvə silahı yerləşdirmək planları barədə Moskvaya qarşı “əsassız ittihamlar” hiylədir”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Rusiya Federal Məclisinə müraciəti zamanı Vladimir Putin deyib.
Onun sözlərinə görə, bu, Rusiyanı ABŞ üçün əlverişli şərtlərlə danışıqlara cəlb etmək məqsədi güdür.
O, xatırladıb ki, 2008-ci ildə Rusiya kosmosda nüvə silahı yerləşdirməsinin qarşısının alınması təklifini irəli sürüb, lakin ABŞ bu təşəbbüsə cavab verməyib.
Rusiya prezidenti ABŞ-nin strateji sabitlik məsələlərində dialoqa maraqlı olması barədə bəyanatlarını prezident seçkiləri ərəfəsində “demaqogiya” adlandırıb: