Putin Ukraynada 3-cü Maydan hazırlayır, yüzlərlə adam ələ alınıb.
Ukrayna Dövlət Təhlükəsizlik Xidməti teleqram kanalında bildirib ki, Rusiya Ukraynada 3-cü Maydan hazırlayır. DTX nümayəndəsi Yusov söyləyib:
-Hazırda konkret ad deyə bilmərəm. Düşmənin işlədiyi adamların siyahıları var və Rusiya onları öz ritorikasını yaymaq və ölkədəki ictimai-siyasi vəziyyətə təsir etmək üçün agenturaya cəlb edir. Bunlar onlarla adamdır. Söhbət nüfuzlu kateqoriyalardan gedir. İndi qarşımızda əsas vəzifə mümkün qədər onların qarşısını almaqdır. Söhbət həm də sosial şəbəkədə minlərlə səhifə və hesabdan gedir. Bu, bot-hesablar, yeni yaradılmış və ya artıq alınmış teleqram kanallarıdır.