• 24 Noyabr 2024 05:29

11 yaşlı uşağı komaya salan həkimdən AÇIQLAMA

Bakı Sağlamlıq Mərkəzində anesteziya üsulu ilə dişi müalicə olunan 11 yaşlı uşaq komaya düşüb. Hadisəyə səbəbin isə həkim səhlənkarlığı olduğu deyilir.

 

Tacxeber.com xəbər verir ki, iddialarda adı səslənən stomatoloq Bəhruz Rüstəmov news24.az-a açıqlamasında bildirdi ki, iddialarla bağlı ən qısa zamanda rəsmi açıqlama veriləcək:

 

“Rəsmi açıqlama olacaq və orada hər şeyə aydınlıq gətiriləcək. Rəsmi olmadan heç bir açıqlama verilmir”.

 

Xatırladaq ki, iddialara görə, Zamin Babayev 21 fevralda 11 yaşlı qızının dişini müalicə edib plomb qoyulması üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət edib və orda Bəhruz Rüstəmov adlı stomotoloqa yönləndirilib. Valideyn prosesin sedasiya üsulu ilə həyata keçirilməsini istəyib. Lakin həkim özbaşına aneztesiya ilə müalicəyə başlayıb. Aneztezoloq Fərəh Amanova uşağa narkoz qoşub otaqdan çıxıb. Səhlənkarlıq nəticəsində uşaqda oksigen çatışmazlığı yaranıb və komaya düşüb. Komaya düşəndən sonra 4 gün müddətində Bakı Sağlamlıq Mərkəzində uşaq düzgün müalicə olunmayıb. 4 gün sonra uşaq ambulansla Mərkəzi Klinik Xəstəxanaya aparılıb. Orada məlum olub ki, aneztezioloqun səhlənkarlığına görə uaşğın beyin 4-5 dəqiqə oksigensiz qalıb. İlk 72 saatda olunmalı olan müdaxilənin hec biri olunmayıb və uşağın beyninin bir hissəsi zədələnib. 9 gündü 11 yaşlı uşaq komadadır. Həkimlərin bildirdiyinə görə, uşaq ən yaxşı halda yataq xəstəsi olacaq.

Tacxeber.com

Oxşar xəbərlər