• 21 Sentyabr 2024 16:45

Bu gün Aleksey Navalnı dəfn ediləcək – Video

 

 

Bu gün Rusiyanın Sankt Peterburq şəhəri kilsələrinin birində həbsdə ölən Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə vida mərasimi keçirilir.

 

Hər hansı bir kütləvi aksiyaların olacağından ehtiyyatlanaraq bu gün Peterburq polisi xüsusi rejimdə çalışır.

 

Tacxeber.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Peterburq təhlükəsizlik qüvvələri insanların Navalni ilə vidalaşmağa getmələrini xüsusi nəzarətdə saxlayırlar.

 

Sankt-Peterburqdakı məktəblərdən birinin əməkdaşı deyib ki, təhsil müəssisəsinin rəhbərliyi müəllimlərdən Navalnının dəfn günü şagirdlərin davamiyyətini “xüsusi nəzarətdə saxlamağı” və dərsdən yayınanların siyahılarını göndərməyi xahiş edib.

 

Bu kimi bir çox  nəzarətedici tədbirlərin görülməsinə baxmayaraq insanlar Navalnının cənazəsi olan kilsəyə axın edirlər.

 

Həmin kilsənin ətrafı təhlükəsizlik qüvvələri tərəfindən ciddi nəzarət edilir.

 

Tacxeber.com Navalnının cənazəsi olan kilsənin yaxınlığından olan video görüntüləri sizə təqdim edir:

Tacxeber.com

Oxşar xəbərlər