Həftənin 3 günü xurma yesəniz… – Orqanizmə təsiri inanılmazdır
Xurma həm ləzzətli, həm də sağlamlıq üçün faydalı olan, lakin, təkcə Ramazanda deyil, hər ay yeyilməli olan qidadır. Həftədə 3 dəfə xurma yeməyin orqanizmə verəcəyi faydaları isə çoxdur. Belə ki, şəkər ehtiyacını ödəyən və lifli qida olan xurmanı həəftənin 3 günü yeməyə vərdiş etsəniz orqanizminizə hədiyyə vermiş olacaqsınız.
Tacxeber.com möcüzəvi xurmanın bilinməyən faydalarını təqdim edir:
SÜMÜKLƏRİNİZ DAHA SAĞLAM OLACAQ
North Dakota Dövlət Universitetinin professorlarından Julie Garden Robinsonun apardığı araşdırmaya görə, xurmanın tərkibində olan bor mineralı sümüklərin inkişafında olduqca əhəmiyyətli rol oynayır.
HƏZM SİSTEMİ SAĞLAM İŞLƏYƏCƏK
Lifli qida olan xurma həzm sistemi üçün çox faydalıdır. Qəbizliyin qarşısını alır və bağırsaqların hərəkətliliyinə kömək edir.
STRESS VƏ DEPRESSİYAYA QARŞI…
Xurma yedikdə serotonin və neropinefrin ifraz olunmağa başlayır. Əhval-ruhiyyənizi tarazlayan və stress səviyyənizi azaldan bu hormonlar depressiya ilə mübarizə aparmağı asanlaşdırır.
ASANLIQLA ARIQLAYACAQSINIZ
Xurma lifli qida olduğu üçün uzun müddət tox qalmağınıza səbəb olur. Bundan başqa, orqanizmdəki şəkərin miqdarını balanslaşdırır. Bununla yanaşı tərkibindəki antioksidantla metabolizmanı sürətləndirir.