Rövnəq Abdullayevin AFFA-dan gedəcəyi – Rəsmən təsdiqləndi
Bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Bu haqda AFFA-nın mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
İclasda aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;
2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
– İsmayıl Əliyev
– Esmiralda Ələkbərova (həkim)
– Gəray Qarayev
– İqor Ponomaryov
– Vaqif Sadıqov
– Maşallah Əhmədov
Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib. (Qol)