• 24 Noyabr 2024 03:08

Onlar hardadır?

 

Bu gün AFFA İcraiyyə Komitəsinin iclasında Növbəti Hesabat-Seçki Konfransının keçiriləcəyi tarix (2 aprel) rəsmən açıqlanıb. Әsas diqqәtçәkәn mәqam Rövnəq Abdullayevin bu dәfә öz namizədliyini irəli sürməyəcəyini bildirmәsidir.

 

Daha bir məqam diqqətimizdən yayınmadı.

 

AFFA İcraiyyə Komitəsinin toplantısından təqdim edilən fotolarda, İK üzvlərindәn Elşad Nəsirov, Mahir Məmmədov, Kazbek Tuayev, Zaur Axundov gözə dəymәdi. Elxan Məmmədov da Parisdə…

 

Kimsə üzürlü səbəbdən Gəncəyə getməyə bilər, amma bu sayda, özü də eyni komandanın, bir-birinə yaxın olan üzvlərin iclasda iştirak etməməsi qəribə görünür.

 

Nələr baş verir?

 

Qarşıdakı həftələrdə maraqlı hadisələrin baş verəcəyi istisna deyil…   (Futbolpress)

 

Tacxeber.com

Oxşar xəbərlər