• 27 İyul 2024 04:50

Rusiyanın ŞOK itkiləri var – İDDİA 

 

Britaniya kəşfiyyatı iddia edir ki, 2024-cü ilin fevralında Rusiyanın Ukraynada savaşan işğalçı ordusunun verdiyi itkilər günlük hesaba görə ən yüksək rəqəmə çatıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

Məlumata görə, fevral ayında Rusiya işğalçı qüvvələri gündə orta hesabla 983 nəfər itirib. Britaniya kəşfiyyatı Rusiya Federasiyasının Ukraynadakı müharibə zamanı ölən və yaralılarının sayının 355 mindən çox olduğunu qeyd edib.

 

Britaniyalı ekspertlərə görə, orta gündəlik itkilərin artması Rusiyanın əsgərlərdən “top əti” kimi istifadə etmək taktikasına sadiqliyini əks etdirir.

Tacxeber.com

Oxşar xəbərlər