• 24 Noyabr 2024 14:53

Alman zabitlər pis danışıb, indi də təlaşdadırlar

Almaniyanın yüksək rütbəli hərbçilərinin Krım körpüsünə alman raketlərinin hücumu ilə bağlı yayılan söhbətinə müdafiə naziri və ölkə mətbuatı tamamilə ziddiyyətli açıqlama verib. Bir tərəfdən deyirlər və yazırlar ki, alman hərbçiləri o qədər də pis söz deməyib. Digər tərəfdən isə bildirirlər ki, bütün bunlar Rusiyanın Almaniya və NATO-ya qarşı informasiya müharibəsidir.

 

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

 

“Bəs onlar pis bir şey deməyiblərsə, niyə bunu informasiya müharibəsi adlandırırlar? Çünki əslində pis şeylər danışırdılar, Rusiyaya qarşı müharibəyə necə cəlb oluna biləcəklərini gizli müzakirə edirdilər. Bu isə çox təhlükəlidir. Alman və bütün Avropa ölkələrinin xalqı bunun qəti əleyhinədir. Buna görə də onlar təlaşa düşüblər”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər