• 25 Noyabr 2024 11:21

Mənzillər ucuzlaşacaq – Ekspertdən açıqlama

 

Paytaxt Bakıda və Bakıətrafı ərazilərdə mənzil bazarında müşahidə olunan qiymət artımının qarşısını almaq üçün paytaxta axının qarşısı alınmalıdıdır. Bölgələrdən Bakıya axın davam etdikcə qiymətlər yüksələcək.

 

Tacxeber.com Tribunainfo.az-a istinadən xəbər verir ki, bu sözləri daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, axın azalsa avtomatik olaraq mənzil bazarında qiymətlər enəcək:

 

“Artıq 4 ilə yaxındır torpaqlarımız düşmən işğalından azad olunub. Azad olunan ərazilərdə tikinti-bərpa işləri də gedir, məcburi köçkünlər də mərhələli şəkildə geri göndərilir. Həmin ərazilərdə yeni iş yerləri formalaşır və zamanla həmin ərazilərə həm yaşamaq, həm işləmək üçün gedənlərin sayı artsa paytaxt nisbətən boşalacaq.

 

Bu proses sürətlənərsə, tikinti- bərpa işləri sürətlə davam edərsə, gələcəkdə artıq axın bölgələrdən Bakıya yox, həmin ərazilərə yönələcək. Bu da digər ərazilərdə iqtisadi vəziyyətin yaxşılaşmasına və paytaxtda mənzil bazarında qiymətlərin enməsinə gətirib çıxaracaq”.

 

Tacxeber.com

 

Oxşar xəbərlər