Müharibə cinayəti: Bakı 300 nəfəri İnterpolla axtarışa verib
Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri ilə bağlı 104 cinayət işinin ibtidai istintaqı davam etdirilib.
Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Qeyd edilib ki, 2020-ci il 27 sentyabr tarixində başlanmış və 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair başlanaraq istintaqı aparılmış 57 cinayət işindən əlavə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamənin tələbləri kobud şəkildə pozularaq həmin tarixdən sonrakı müddət ərzində də davam etmiş erməni silahlı qüvvələri və digərlərinin törətdikləri əməllərlə bağlı başlanmış 47 cinayət işinin, ümumilikdə 104 cinayət işinin ibtidai istintaqı davam etdirilib.