Balıq tutmaq sağlamlığınız üçün FAYDALIDIR
Balıq ovu narahatlıq, depressiya və intihar düşüncələri kimi ruhi xəstəliklər riskini azaltmağa kömək edir.
Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Anglia Ruskin Universiteti, Olster Universiteti və Belfast Queen’s Universitetinin alimlərinin apardıqları tədqiqatın nəticələri sübut edir.
Təcrübədə 1752 kişi iştirak edib və onlara onlayn sorğu verilib. İstirahət məqsədli balıqçılıqda iştirak və fiziki fəaliyyətin səviyyəsi ilə bağlı suallar yer alıb. İştirakçılar psixiatrik pozğunluqlar, psixi sağlamlıq və rifah üçün də qiymətləndirilib.
Nəticələr göstərib ki, daha müntəzəm balıq tutanlar, hobbi ilə daha az məşğul olanlarla müqayisədə, psixi sağlamlıq problemləri 17 faiz daha az olur. Və daha çox balıq tutanlar psixi sağlamlıqlarına daha çox müsbət təsir göstəriblər.