• 25 Noyabr 2024 04:18

“Bu gün prezident seçkiləri keçirilərsə, Zalujnı Zelenski üzərində qələbə qazana bilər” – SORĞU

“Əgər prezident seçkiləri bu gün keçirilərsə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı qalib gələr”.

 

Tacxeber.com “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Sotsis” sosioloji mərkəzi məlumat yayıb.

 

Sorğuya görə, birinci turda Zalujnı 41 faiz, hazırkı prezident Vladimir Zelenski 23,7 faiz, keçmiş prezident Petro Poroşenko 6,4 faiz səs toplaya bilərdi. İkinci turda Zalujnı Zelenskiyə qalib gələcəkdi – 67,5 faiz, 32,5 faiz.

 

Eyni zamanda, sorğu iştirakçılarının əksəriyyəti (65 faizdən çox) Ukraynada hərbi vəziyyətin qüvvədə olduğu bir vaxtda seçkilərin keçirilməsinin əleyhinə çıxıb.

Tacxeber.com

Oxşar xəbərlər