• 22 Sentyabr 2024 09:38

Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşdi

 

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.

 

İlk gündə 2 matç keçirilib. “Bavariya” “Latsio”nu qəbul edib. Bu komandalar arasında ilk görüş İtaliya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, cavab oyununda Münhen klubu 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. PSJ isə “Real Sosyedad”ın qonağı olub. 1-ci görüşdə rəqibini 2:0 hesabı ilə məğub edən Paris klubu cavab qarşılaşmasında da 2:1 hesablı qələbə qazanıb. Beləliklə, PSJ də 1/4 finala adını yazdırıb.

Qeyd edək ki, 1/8 finalın digər cavab oyunları 6,12, 13 mart tarixlərində keçiriləcək.

 

5 mart

00:00. “Bavariya” (Almaniya) – “Latsio” (İtaliya) – 3:0

Qollar: Keyn, 39, Müller, 45+2, Keyn, 66

İlk oyun – 0:1

 

00:00. “Real Sosyedad” (İspaniya) – PSJ (Fransa) – 1:2

Qollar: Mbappe, 15 (0:1), 56 (0:2), Merino, 89 (1:2)

İlk oyun – 0:2

 

6 mart

00:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka)

İlk oyun – 3:1

 

00:00. “Real” (İspaniya) – “Leyptsiq” (Almaniya)

İlk oyun – 1:0

 

12 mart

00:00. “Arsenal” (İngiltərə) – “Portu” (Portuqaliya)

İlk oyun – 0:1

 

00:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya)

İlk oyun – 1:1

 

13 mart

00:00. “Atletiko” (İspaniya) – “İnter” (İtaliya)

İlk oyun – 0:1

 

00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland)

İlk oyun – 1:1

Tacxeber.com

Oxşar xəbərlər