• 24 Noyabr 2024 22:24

Kartof suyu sizi bu ağrılardan xilas edəcək – SİYAHI

Səhərlər ac qarnına içilən kartof suyu bel ağrısından qastritə qədər bir çox xəstəliyə şəfadır. 

 

Tacxeber.com xəbər verir ki, fitoterapiya mütəxəssisləri səhərlər ac qarnına içilən kartofun bəzi xəstəlikləri müalicə etdiyini bildiriblər.

 

  Bel ağrısını aradan qaldırır

Gündəlik həyatı insana zəhər edən və az qala hər kəsin yaşadığı bir problem olan bel ağrısına yaxşı təsir edir.

 

Qastrit və mədə xorasını sağaldır

Kartof suyunun qastrit, kolit və mədə xoraları,  ürək xəstəlikləri nə müsbət təsir göstərdiyi haqda bilgilər çoxdur.

 

Qəbizlik və şişkinliyi müalicə edir

Kartof suyu bədənin hər bir bölgəsində qan dövranının yaxşılaşmasına kömək edir. Xüsusilə səhər ac qarına içilən kartof suyu həzm sisteminin işinə, qəbizlik, ishal, şişkinlik, mədə yanması və həzmsizlik kimi problemlərə qarşı müalicəvi təsir göstərir.

 

Toksinlərlə mübarizə aparır

Səhərlər ac qarına içilən kartof suyunun orqanizmdən bütün zərərli toksinləri atdığına dair faktlar var.

 

 Qaraciyəri təmizləyir

Kartof suyu qaraciyəri və sidik kisəsini  təmizləyərək böyrəklərdə daş yaranmasının qarşısını alır.

Tacxeber.com

Oxşar xəbərlər