“Saakaşvilinin Gürcüstan siyətində iştirak etmək hüququ yoxdur” – Ədliyyə naziri
“Ukrayna vətəndaşı olduğu üçün Mixail Saakaşvilinin Gürcüstandakı siyasi proseslərdə iştirak etmək hüququ yoxdur”.
Tacxeber.com xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
“Hazırda məhkumluq həyatı yaşayan Saakaşvili Ukrayna vətəndaşıdır, Gürcüstan vətəndaşı deyil. Ona görə də o, Gürcüstan siyasətində iştirak edə bilməyəcək. O, gürcü siyasətçisi deyil”, – deyə Breqadze bildirib.