Zatulin: “Ermənistan açıq-aşkar Rusiya ilə əlaqələri pozur”
“Ermənistan hökuməti nümayişkaranə şəkildə Rusiya ilə əlaqələri pozur”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
O bildirib ki, Ermənistan hökuməti açıq-aşkar Rusiya ilə əlaqələri pozur, səbəb axtarır, bir addım ardınca başqa addım atır, bu, onların siyasətinə uyğundur. Düşünürəm ki, məsələ “Zvartnots”la məhdudlaşmayacaq. İndi KTMT-dən çıxmağı deyirlər, daha sonra Gümrüdəki baza məsələsini qaldıracaqlar”, – Zatulin bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistan sərhəd qoşunları Zvartnots hava limanında xidmət etməlidir.