Beqlaryan: “Bu, erməni tərəfi üçün əldən verilmiş növbəti fürsət idi”
“Şübhəsiz ki, bizim erməni əsir və girovların qaytarılması ilə bağlı böyük problemimiz var. Düzünü desək, Ermənistan hakimiyyəti tərəfindən bu sahədə kifayət qədər işin aparılmasını görmürəm. Başqa bir misal, ilk gün rəsmən diversant kimi təqdim edilən bir Azərbaycan əsgərinin sonda “deviant” olduğu və tez bir zamanda Azərbaycana qaytarılmasıdır. Buna bənzər hallarda Azərbaycan tərəfi onu qaytarmır, əksinə, Ermənistan tərəfinə kifayət qədər baha qiymətə satmağa çalışır”.
Tacxeber.com xəbər verir ki, bu sərsəm açıqlama ilə separatçı Artak Beqlaryan deyib.