Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti uzadıldı
“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbsdə saxlama müddəti uzadılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Məhkəmə müstəntiqin vəsatətini və prokurorun əsaslandırılmış təqdimatını təmin edib.
Qərara əsasən H.Babalı və E.Qasımovanın həbs müddəti 3 ay uzadılıb.