Sahibi olan mənzilləri digər vətəndaşlara satıblarmış…
Avro Qrand MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib.
Tacxeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Avro Qrand Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.