• 21 Sentyabr 2024 23:54

“TikTok” bağlansın! – Şəbnəmdən təklif – Video

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkələrdən şikayətlənib. 

 

Tacxeber.com bizim.media-ya istinadla xəbər verir ki, o, “Xəzər axşamı” verilişində “TikTok”un Azərbaycanda bağlanmasını istədiyini bildirib.

 

“Ola bilər ki, dediyim bu sözlər çox insana xoş gəlməz. Çünki oradan insanlar pul qazanırlar. Çox gözəl olar ki, Azərbaycanda “TikTok” video platforması bağlansın. Uşaqlara mənfi təsir edir. Oğlum Əlidən eşitmədiyim sözlər eşidirəm, görmədiyim hərəkətlər görürəm.

 

Telefondan “TikTok” proqramını silirik, amma 2 gündən sonra görürük ki, özü həmin proqramı yenidən yükləyib. Deyir: “Ana mən özüm “nüklədim” (yüklədim)”, – deyə müğənni vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər