Nüsrət Kəsəmənlinin həyat yoldaşı: “Öldüyünü iki gün sonra bildim…” – VİDEO
Mərhum şair Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli onun barəsində bəzi faktları açıqlayıb.
Tacxeber.com xəbər verir ki, “AStar” layihəsinə qonaq olan Rəhilə xanım ərinin ona son sözlərindən danışıb.
O bildirib ki, Nüsrət Kəsəmənlinin ölümünü iki gün sonra bilib. Şairin evinə sağ-salamat gəldiyini zənn etdiyi halda, onu tabutunda qarşılamalı olub:
“Təsəvvür edin ayın 15-də rəhmətə getmişdi. Mən iki gün sonra bilmişəm. Hətta mən səfirliyə də zəng etdim, dedim ki iki gündür məni Nüsrətlə görüşməyə qoymurlar. Dedilər ki, narahat olmayın. Biz sizi Azərbaycan yola salacağıq. Mən onu birdən-birə tabutda görəndə şoka düşdüm. Qıcolma vəziyyəti yarandı”.