• 24 Noyabr 2024 16:43

Qrant Şapps: “Böyük Britaniya Ukraynaya 10 mindən çox döyüş dronları verəcək”

“Böyük Britaniya Ukrayna üçün 10 mindən döyüş dronlarının alınması üçün 125 milyon funt sterlinq ayıracaq”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.

 

Təchizat paketinə FPV pilotsuz təyyarələri, hücum PUA-ları, həmçinin kəşfiyyat və dəniz pilotsuz uçan aparatları daxil olacaq. Qeyd edək ki, fevral ayında London Ukraynaya dronların tədarükü üçün beynəlxalq koalisiyaya rəhbərlik edəcəyini açıqlamışdı.

 

Şappsın sözlərinə görə, ən son dronlar birbaşa Böyük Britaniyanın aparıcı müdafiə şirkətlərindən – fabriklərdən birbaşa cəbhə bölgəsinə gələcək.

Tacxeber.com

Oxşar xəbərlər