• 24 Noyabr 2024 09:44

Yaponiya uçan avtomobil istehsalına başladı.

 

Yaponiyanın “Suzuki” və “Skydrive” şirkətləri Osakada keçirilən “Expo 2025” ümumdünya sərgisi də daxil olmaqla istifadə üçün uçan avtomobillərin istehsalına başlayıblar.

 

Bu barədə hər iki şirkətin birgə bəyanatında bildirilib.

“Biz altı aydan çoxdur ki, istehsala hazırlaşırıq, vahid komanda olaraq bu yeni addımı ata bildiyimiz üçün çox məmnunuq. Biz hava hərəkətliliyi inqilabına rəhbərlik etmək üçün daha çox çalışmaqda davam edəcəyik”, – “Skydrive”ın baş direktoru Tomoxiro Fukucava bildirib.

Uçan avtomobilin 2025-ci ildə Osakada keçiriləcək “Expo 2025” sərgisində nümayiş etdiriləcəyi gözlənilir. Bundan əlavə, avtomobil 2026-cı ildə sertifikatlaşdırma və digər zəruri prosedurlardan sonra fərdi şəxslərə satılmağa başlayacaq.

 

“Skydrive SD-05” modeli pilot da daxil olmaqla üç nəfəri daşımaq üçün nəzərdə tutulub. Qurğu 12 elektrik mühərriki ilə təchiz olunub və şaquli qalxma və enmə qabiliyyətinə malikdir.

Maksimal sürət 100 km/saat, uçuş məsafəsi isə 15 km-dir. Avtomobilin ilk növbədə taksi kimi, həmçinin, tibb işçilərinin sürətli daşınması üçün nəqliyyat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulub.

“Suzuki” və “Skydrive” şirkətləri ildə 100-ə yaxın belə qurğu istehsal etmək niyyətindədirlər. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər