• 23 Noyabr 2024 17:27

Qadın kişiləşmək istəsə də, kişi ola bilməz – Əməkdar artist

“Deyirlər ki, bizim də hüquqlarımız kişilərlə bərabərdir! Mən belə düşünürəm ki, kişinin kişi yeri var, qadının da qadın yeri. Eyniləşdirmək lazım deyil. Çünki biz tamamilə fərqli cinslərik. Əgər bərabər olsaydılar elə bir cins yaranardı da. Bir-birindən fərqli cəhətləri elə birinci bundadır”. 

 

Tacxeber.com moderator.az-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Gülşad Baxşıyeva deyib.

 

O əlavə edib: “Biz başqa əsrdə tərbiyə almışıq. Uşağa ana baxar. Niyə? Çünki ana ona süd verir. Əfsus ki, indiki dövrdə heç uşağa süd vermirlər. Ana ilə uşaq arasında ünsiyyət bağı qopur. Ona görə də indi uşaqlar ananı eşitmirlər, ataya daha çox meyllidirlər.

 

Ana övladı ilə o bağı qırır. Uşaq atadan qorxar, ananın yanında böyüyər. Bir qadın nə qədər kişiləşmək istəsə də, heç vaxt kişi ola bilməz. Buna onun gücü çatmaz.

 

Pul qazanmaq da şərt deyil! Bəli, qadın da, kişi də vəzifə sahibi olub pul qazana bilər. Amma övladın tərbiyəsində fərqlidirlər. Ailədə ataya hörməti ana yaradır. Ana yaratmasa övlad atasına hörmət etməz. Niyə bir çox ailələr bu gün dağılır? Bu elə gender məsələsinə görədir!”

Tacxeber.com

Oxşar xəbərlər