Aygün Kazımovanın 6275 manatlıq dəsti – VİDEO
Xalq artisti Aygün Kazımova 8 Mart Beynəlxalq Qadınlar günündə iki məkanda təqdim etdiyi şousu ilə gündəmə gəlib.
Tacxeber.com xəbər verir ki, ölkənin əsas ulduzu geyimi ilə diqqət çəkib.
Pop kraliça “Amiri” brendinə məxsus dəstdən istifadə edib. Şalvarın qiyməti 2335, gödəkçə isə 2550 manatdır. Kazımova görünüşünü “Balenciaga” brendinə məxsus olan eynəklə tamamlayıb. Eynəyin qiyməti 1390 manatdır.