Əli Həsənov üçün özəl gün – Dostları onu “yaddan çıxardı”
Bu gün Azərbaycan Prezidentinin sabiq köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun doğum günüdür. Onun 64 yaşı tamam olur.
Tacxeber.com xəbər verir ki, Əli Həsənov 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. İxtisasca tarixçidir. 1996-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında əvvəl şöbə müdirinin müavini, sonra şöbə müdiri vəzifələrində çalışıb. 2015-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsini tutub.
2019-cu ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənov Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad olundu və bu şöbə ümumiyyətlə ləğv edildi.
Əli Həsənov hazırda siyasi proseslərdən tamamilə təcrid olunub. Keçmiş komanda üzvlərinin hamısı ilə əlaqəni kəsib. Mətbuata birtərəfli embarqo qoyub. Xeyir-şər məclislərinə nadir hallarda qatılır.