Qaqarini 1967-ci ildə ölümdən xilas edən dostu DANIŞDI
Sovet kosmonavtı Yuri Qaqarin 1967-ci ildə Yerə qayıdarkən həlak olan Vladimir Komarovun yerinə yenidən kosmosa çıxa bilərdi.
Tacxeber.com xarici KİV-ə istinadən bildirir ki, ilk kosmonavtın dostu Valentin Petrov bu barədə danışaraq, Qaqarinin Komarovun ölümünə necə reaksiya verməsi ilə bağlı xatirələrini bölüşüb.
“Hökumətə orbitə çıxacağı gəminin “xam” olduğu (və onlar nəyin bahasına olursa-olsun onu işə salmaq istədikləri) barədə məlumat veriləndə Komarov irəli çıxdı və Qaqarin onun dublyoru oldu”, – Valentin Petrov sözləyib.
O əlavə edib ki, Vladimir Komarovun dəfn mərasimində Qaqarin son dərəcə depressiyaya düşmüş vəziyyətdə olub və deyib: “Uşaqlar, mən Volodya yox, uçmalı idim, amma icazə vermədilər…”