• 24 Noyabr 2024 07:40

“Toplum TV” işi üzrə saxlanılan daha bir nəfərin aclıq aksiyasına başladığı bildirilir

“Toplum TV”nin martın 6-da total həbslər zamanı saxlanılan sosial media meneceri Elmir Abbasovun quru aclığa başladığı bildirilir. Bu barədə fəalın yaxınları məlumat veriblər.

 

Elmir Abbasov əsassız həbslərə etiraz olaraq aclığa başlayıb. Bundan əvvəl “Toplum TV” işi üzrə tutulan Ramil Babayevin də quru aclığa başladığı barədə məlumat yayılıb. Hər iki şəxsin yaşadığı evdə axtarış zamanı pul “tapıldığı” bildirilib.

Martın 6-da polis müstəqil internet televiziyası olan Toplum TV-nin və III Respublika Platformasının ofisinə əməliyyat aparıb. Ofisdə olan şəxslər kütləvi şəkildə saxlanılıblar. Daxili İşlər Nazirliyi isə əməliyyatın daxil olan məlumat əsasında keçirildiyini bildirib.

Ümumilikdə ondan çox şəxs saxlanılıb. Onlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq qrup halında törədildikdə) ittihamı ilə cinayət işi açılıb.

 

Toplum TV-nin və III Respublika Platformasının ofisilə yanaşı, saxlanılan şəxslərin evlərinə də baxış həyata keçirilib. Vəkillərin verdiyi məlumata görə, polislər Toplum TV-nin ofisindən 30 min avro, saxlanılan şəxslərin evlərindən müxtəlif məbləğlərdə xarici valyuta aşkarladıqlarını bildiriblər.

Bu gün isə Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının üzvü Ruslan İzzətli saxlanılıb. Onların da evlərində axtarış aparılıb.

Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflının verdiyi məlumata görə, polis evdə axtarış zamanı xarici valyuta “aşkarladığını” bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər