Çindən Azərbaycana daha bir bəla gəlir – Koronavirusdan da dəhşətlidir
Çində yaranan “X” xəstəliyi təsəvvür etdiyimizdən də qorxunc və dəhşətlidir. Çinli epidemioloqlar “X” xəstəliyinin qarşısının alınmasının çətin olacağını bildiriblər. Həkimlərin qənaətinə görə, sözügedən xəstəliyin yaratdığı pandemiya riski qlobal iqlim dəyişikliyinin sürətlənməsi, insan fəaliyyətinin genişlənməsi və patogenlərin növlərarası ötürülməsinin artması və digər bu kimi amillərlə bağlı ola bilər.
“X xəstəliyinin” ən mühüm xüsusiyyətləri yüksək patogenlik və yayılma sürətidir; xəstəlik asanlıqla mutasiyaya uğrayır. Bəs görəsən bu xəstəliyin Azərbaycanda yayılma riski varmı? Ümumiyyətlə, bu tip viruslara qarşı tədbirlər hansı dərəcədədir?
Mövzu ilə bağlı infeksionist-həkim Ləman Qalimova Yenisabah.az-a açıqlamasında bildirib ki, bu cür xəstəliklərdən qorunmaq üçün ilk olaraq profilaktik qaydalara əməl etmək lazımdır:
“X” xəstəliyi ümumiyyətlə konkret bir virus və ya xəstəlik deyil. Yaxın gələcəkdə yayılması gözlənilən hər hansı bir xəstəliyin şərti adıdır. Bu xəstəlik ola bilsin ki, hansısa virusun mutasiya olunmuş, ağırlaşmış formasıdır. Amma bu xəstəliklərin qorunmasında ilkin olaraq profilaktik qaydalara riayət etmək lazımdır. Əl gigiyenası, sosial məsafə, maskadan istifadə mühüm şərtdir. Düzdü, bizdə epidemioloji olaraq bütün tədbirlər görülür, ancaq hansı xəstəliyin bizə haçan gələcəyini öncədən müəyyən etmək mümkün deyil”.
İnfeksionist Sadiqə Əliyeva hava-damcı infeksiyalarının hər zaman təhlükəli olduğunu diqqətə çatdırıb: