• 25 Noyabr 2024 10:36

Gecənin yuxusuzluğu ciddi xəstəliklərə səbəb olurmuş, günorta yatsan belə – XƏBƏRDARLIQ

“Əgər biz günorta 2 saat yatsaq, yuxudan duranda özümüzü əzgin və yorğun hiss edəcəyik. Günorta yarım saat, maksimumum 45 dəqiqə yatmaq olar”. 

 

Tacxeber.com xəbər verir ki, bunu tanınmış həkim-nevroloq Qalib Əsədov deyib. O, gecə yuxusunun əvəzolunmaz olduğunu söyləyib:

 

“Gündüz 45 dəqiqədən çox yatsaq, artıq yenə də sistem poulur. Günorta yatmaq sadəcə dincəlmək, beynimizə qısamüddətli fasilə vermək üçün lazımdır. Gecə yuxusunu gündüz kompensasiya etmək mümkün olmur. Çünki qan təzyiqi qalxır, həzm orqanları fəaliyyətə başlayır, ürək döyüntüləri artır, müxtəlif hormonlr və s. olur və biz orqanizmi məcbur edirik ki, yatsın. Bioloji ritmi pozmaq olmaz. Bunun fəsadları hansısa formada üzə çıxacaq. Hətta mədə yarası, xərçəng, şəkər və s. bu tipli xəstəliklə şəklində üzə çıxa bilər.

 

Tarakan bir gecə, siçan bir həftə yuxusuz qalsa, ölür. Gecə yatmaqdan ötrüdür. Milli Məclisin qanunu var. Bir ay ərzində bir nəfər 7 dəfədən artıq gecə növbəsində ola bilməz. Gecə növbəsində olan adama 24 saat istirahət vermək lazımdır ki, orqanizm yenidən öz ritmini bərpa etsin.

 

Xüsusən də tələbələr gecə saatlarında dərs oxuyurlar. Ona görə də onlarda aqressivlik əmələ gəlir. Yaşa doldquca yuxunun miqdarı azalır. Bəzən xəstələr deyir ki, kresloda televizora baxanda yuxum gəlir, yerimə gedib yatanda yuxum qaçır. Belə adamların yuxuları sadəcə səthi olur, tez tez oyanırlar. Saatın çıqqıltısı, suyun şırıltısı onlara təsir edir. Əgər belə bir şey varsa, deməli, beyində sistem düzgün işləmir və bunu müalicə etmək lazımdır. Səthi yuxunun səbəbi beyin qan dövranının pozulması, yaşla əlaqədar beynin qidalanmasının pozulması, əsəbi gərginlik, stress, panik atak, həyəcan, təşviş pozuntusu və yaxud da daxili üzvlərdəki hansısa bir xəstəlik ola bilər. Bunun qarşısının alınması üçün mütləq həkimə müraciət etmək lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər