Xaricə satılan fındıq 1000 dollara qədər bahalaşıb.
Cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 1 min 782 ton miqdarında meşə fındığı satıb.
Tacxeber Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 10 milyon 411 min ABŞ dolları olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 683 ton (27.7%), dəyər ifadəsi ilə 1 milyon 644 min ABŞ dolları (13.6%) azdır. 2023-cü ilin ilk ayında bu rəqəm 2 min 465 ton miqdarında, 12 milyon 55 min ABŞ dolları dəyərində olub.
Yanvar ayında xaricə satılan meşə fındığının bir tonu 5 min 842 ABŞ dolları olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 952 ABŞ dolları (25.9%) çoxdur. 2023-cü ilin birinci ayında bu, 4 min 890 ABŞ dolları olub.
Qeyd edək ki, yanvar ayında ixrac olunan meşə fındığı ümumi ixracın 0.56 faizini, qeyri-neft sektoru üzrə ixracın 4.69 faizini təşkil edib.